XƏBƏR LENTİ
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024



Pekin-2022: Olimpiya məşəli estafeti başlayıb
Olimpiya oyunları 10:40 / 02.02.2022
Çində Olimpiya Meşə Parkının (Pekinin şimalında Milli Stadionun (Quş yuvası) yaxınlığında yerləşir) cənub qapısında birinci mərhələyə start verilib.
Axşam saatlarında "Uçan" adlı məşəl Pekinin qərbində, Oyunların Təşkilat Komitəsinin binalarının yerləşdiyi "Şouqan" parkına çatdırılmalıdır.
Sabah məşəl ikinci Olimpiya klasterinin yerləşdiyi Yansinə aparılacaq. Estafetin üçüncü mərhələsi isə Çjançzyakou şəhərində keçiriləcək. Olimpiya Oyunlarının məşəli fevralın 4-də Olimpiya Parkında keçiriləcək XXIV Qış Olimpiya Oyunlarının təntənəli açılış mərasiminə çatdırılacaq.
Qeyd edək ki, pandemiya səbəbindən estafet yarışı üç günə endirilməli olub. Ümumilikdə estafet yarışında yaşı 14-dən 86-ya qədər olan 1,2 minə yaxın məşəlçi iştirak edəcək. Bundan əlavə, tarixdə ilk dəfə olaraq Olimpiya məşəlinin robotdan robota ötürülməsi baş tutacaq.
2022-ci il Olimpiya Oyunlarının məşəli oktyabrın 20-də Afinadan Çin paytaxtına çatdırılıb. XXIV Qış Olimpiya Oyunları 2022-ci il fevralın 4-dən 20-dək, Paralimpiya Oyunları isə martın 4-dən 13-dək Pekində keçiriləcək. Beynəlxalq Olimpiya Komitəsi 2015-ci ilin 31 iyulunda Kuala-Lumpurda keçirilən sessiyasında Çin paytaxtını Olimpiadaya ev sahibi seçib.


20755 oxunub

InvestAZ