Dünən İsveç və Danimarkada hokkey üzrədünya çempionatına start verilib.
Yarış başlayan kimi çempionat Macarıstan yığması üçün yaddaqalan olub. Belə ki, bu ölkənin mili komandasının üzvü Doman Songot 1949-cu ildən bəri dünya çempionatında çıxış edən ən gənc oyunçu kimi rekorda yiyələnib. O, turnirin qrup mərhələsinin ilk oyununda 16 yaş, 11 ay 2 günlüyündə Almaniya yığmasına qarşı (1:6) oyunda iştirak edib. Məlumat üçün bildirək ki, Doman Songota qədər bu rekord
1949-cu ildə 16 yaş 6 ay 29 günlüyündə norveçli Leif Solheimə məxsus idi.