"Vest Hem”in rəsmi saytında yer alan xəbərə görə "London dəmirçilər”i heyətin 4 futbolçusu ilə müqaviləni artırmayacaq. Belə ki, cari mövsümün sonunda qapıçı Lukaş Fabianski, müdafiəçilər Aaron Kressvel və Vladimir Kufal, həmçinin hücumçu Denni İnqs özlərinə yeni klub tapmalı olacaqlar. Qeyd edək ki, bu mövsüm klub 37 xalla 17-ci pillədə qərarlaşıb.