XƏBƏR LENTİ
11 May 2025
10 May 2025
09 May 2025



“Neftçi” Tovuz səfərindən minimal hesablı qələbə ilə qayıdır
İdman 22:03 / 10.05.2025

Misli Premyer Liqasında XXXIV turun daha bir oyunu keçirilib.

Günün son oyununda "Turan Tovuz” doğma meydanda "Neftçi”ni qəbul edib. Tovuz şəhər stadionunda keçirilən oyun paytaxt təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb -1:2. Oyunda hesabı 9-cu dəqiqədə "ağ-qaralar”ın futbolçusu Emin Mahmudov açsa da, yeddi dəqiqə sonra tovuzlular tarazlığı bərpa edib. Rəhim Sadıxov "Turan Tovuz”un bərabərlik qolunun müəllifi olub. Lakin ilk hissənin 32-ci dəqiqəsində Dembo Darboenin qolu sayəsində "Neftçi” yenidən hesabda önə keçib. Bu, oyunda son qol olub.

Beləliklə, qələbə sayəsində xallarının sayını 40-a yüksəldən Samir Abbasovun komandası turnir cədvəlinin 6-cı pilləsində yer alıb. Qərb təmsilçisi isə 49 xalla dördüncü pillədə qalıb.

XXXIV tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq.


103 oxunub

InvestAZ