XƏBƏR LENTİ
18 Yanvar 2026
16 Yanvar 2026
14 Yanvar 2026
13 Yanvar 2026
12 Yanvar 2026
09 Yanvar 2026
08 Yanvar 2026
07 Yanvar 2026
06 Yanvar 2026



III Avropa Oyunları: Qərbi avropalılar qonaqlarını nə ilə təəccübləndirəcək?
Olimpiya oyunları 16:32 / 06.06.2023
Polşada təşkil olunacaq III Avropa Oyunlarına artıq sayılı günlər qalıb. Oyunlarda Avropanın 48 ölkəsini təmsil edən idmançılar 30 idman növündə 253 dəst medal uğrunda güclərini sınayacaqlar.
Oyunlar Polşanın Krakovla birlikdə 14 əyalətində keçiriləcək.
Qeyd edək ki, Polşanın ev sahibliyi edəcəyi Krakovda Henrix Reyman Stadionu, "Tauron Arena”, Krakov meydanı, "Krakovya Arena”, "Kolna” İdman Mərkəzi, "Krispinov Su yolu”, AVF İdman Mərkəzi, "Hutnik Arena”, Nova Huta çayı, "Klazovyanka”Oxatma Parkı mövcuddur.
Velosiped yarışlarının keçiriləcəyi Kşeşoviçe şəhərində MBX parkı, Xojuvda Sileziya stadionu, Tarnovda isə İdman Dırmanması Mərkəzi, "Dəniz Arena” və "Yaskolka Arena” yerləşir.
Digər yarışların təşkil olunacağı Kriniça Zdruyda dağ parkı, "Kriniça Zdruy Arena”, Zakopanedə Hündürlükdən Tullanma Mərkəzi, Novi Tarkda "Novi Tark Arena”, Riaşevdə Su sarayı, Vrotslavda Atıcılıq Mərkəzi, Novi Sonçda "Strzeleçki Park”, Osvençumda Üzgüçülük Mərkəzi, Biesko-Biala və Mısleniçedə eyni adlı arena var.
Çoxsaylı oxucularımıza Polşada Oyunlara ev sahibliyi edəcək şəhərlər haqqında məlumatlarla tanış ola bilərlər.

53156 oxunub

InvestAZ