XƏBƏR LENTİ
26 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



BOK 2032-ci ildə keçiriləcək Olimpiya Oyunlarına ev sahibliyi edəcək ölkəni təklif etdi
Olimpiya oyunları 13:31 / 11.06.2021
Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsi (BOK) 2032-ci ildə Yay Olimpiya Oyunlarının Avstraliyanın Brisben şəhərində keçirilməsi təklifi ilə çıxış edib. Bu barədə komitənin mətbuat xidməti məlumat verib. Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün əsas iddiaçı olan Brisbenin müzakirə olunmasına dair qərar onların keçiriləcəyi yerin seçilməsi üzrə Komissiyanın tövsiyəsi əsasında qəbul edilib. Lakin yekun qərar BOK-un Tokioda (Yaponiya) keçiriləcək işçi sessiyasında qəbul ediləcək.
BOK-un məlumatında qeyd olunur ki, Brisben artıq mövcud və müvəqqəti idman obyektlərinin 84 faizini istifadə edərək güclü plan təqdim edib. Qalan meydançalar sürətlə inkişaf edən əhalinin tələbatını ödəmək üçün oyunların vaxtından əvvəl və keçiriləcəyi məkandan asılı olmayaraq təhvil veriləcək. BOK qeyd edir ki, Brisben ərizəsində yerli hökumət və əhali tərəfindən güclü dəstək var və 2032-ci il Olimpiadasının keçirilməsi üzrə məqsədli dialoqun başlanması üçün bütün tələblərə cavab verir.

36022 oxunub

InvestAZ