XƏBƏR LENTİ
28 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Tokio Olimpiadasına gerisayım başladı
Olimpiya oyunları 17:27 / 14.04.2021
Tokio Yay Olimpiya Oyunlarının startına 100 günün qaldığını bildirən gerisayıma başlanılıb. Bununla əlaqədar Yaponiya paytaxtının meriyasında mərasim təşkil olunub. Tədbirdə Tokio qubernatoru Yuriko Koike gözəl olimpiada keçirmək üçün bütün səylərini ortaya qoymaq istədiklərini bildirib. Meriya binasında Yay Olimpiya və Paralimpiya Oyunlarının talismanı olan 2,6 metr hündürlüyündə fiqurlar quraşdırılıb. Birinci talismanın adı Miraytova yaponca iki sözdən ibarətdir: "Miray" gələcək, "tova" isə əbədilik anlamı verir. İkinci talisman isə Someyti adlanır. O, ingiliscə "so mighty" ("bu qədər güclü") sözündən götürülüb.
Tədbirlə eyni vaxtda, olimpiadaların simvolu olan 5 halqa Tokio ətrafındakı Takao dağının zirvəsində quraşdırılıb.
Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları koronavirus pandemiyası ilə əlaqədar 2020-ci il 24 iyul - 9 avqustdan bu il 23 iyul - 8 avqusta təxirə salınıb. Yay Paralimpiya Oyunları isə 24 avqust - 5 sentyabrda gerçəkləşməlidir.

28934 oxunub

InvestAZ