XƏBƏR LENTİ
11 May 2025
10 May 2025
09 May 2025



Yaponiya Olimpiya Komitəsinin prezidenti vəzifəsini tərk edəcək
Olimpiya oyunları 10:29 / 16.03.2019

Yaponiya Olimpiya Komitəsinin prezidenti Tsunekazu Takeda Tokioda keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunları ərəfəsində vəzifəsini tərk edəcəyi barədə öz yaxın ətrafını məlumatlandırıb.
Xatırladaq ki, T.Takeda 2020-ci il Olimpiya Oyunlarının Tokioda keçirilməsi ilə bağlı rüşvət məsələsində onun adı hallandığı andan çətin vəziyyətə düşüb. Ötən ilin dekabrından başlayaraq, Fransa müstəntiqləri T.Takedanın məhkəməyə cəlb edilməsinin mümkünlüyünü araşdırırlar.
T.Takeda bu məsələdə günahının olmadığını dəfələrlə bəyan edib. Lakin buna baxmayaraq, Beynəlxalq Olimpiya Komitəsinin bu qalmaqalın qarşıda gözlənilən Oyunlara kölgə salacağı barədə narahatlığını ifadə etməsi, ona qarşı həm ölkə daxilində, həm də xaricdə təzyiqləri xeyli artırıb.

53015 oxunub

InvestAZ