XƏBƏR LENTİ
05 Fevral 2025
04 Fevral 2025
03 Fevral 2025
02 Fevral 2025
31 Yanvar 2025
30 Yanvar 2025



Bakıda Tokio-2020-yə lisenziya yarışları keçiriləcək
Olimpiya oyunları 13:20 / 02.09.2020
Dekabrda Milli Gimnastika Arenası daha bir qitə birinciliyinə ev sahibliyi edəcək. Kişi idman gimnastlarının yarışından dərhal sonra bu dəfə arena öz qapılarını qadın idman gimnastları üçün açacaq.
Qadın idman gimnastikası üzrə 33-cü Avropa çempionatının dekabrın 17-20-də keçirilməsi planlaşdırılır. Qadınların qitə birinciliyinin daha öncə aprelin 30-dan mayın 3-dək Parisdə (Fransa) keçirilməsi nəzərdə tutulmuşdu. Lakin bütün dünyada yayılmış COVID-19 pandemiyası ilə əlaqədar olaraq bu yarış da təxirə salındı. Fransa Gimnastika Federasiyası isə çempionatı daha sonrakı tarixlərdə təşkil edə bilməyəcəyini bildirdi.
Bundan sonra Azərbaycan Gimnastika Federasiyasının istəyi əsasında "Avropa Gimnastikası” yarışın Bakıda keçirilməsinə qərar verdi.
Yarışın formatı planlaşdırıldığı kimi qalacaq və Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyacaq. Belə ki, çempionat "Tokio-2020”yə hələ vəsiqə qazanmamış bəzi gimnastlar üçün lisenziya əldə etmək şansı verəcək.
Qeyd edək ki, kişi idman gimnastikası üzrə Avropa çempionatı isə dekabrın 9-13-də keçiriləcək.

39759 oxunub

InvestAZ