XƏBƏR LENTİ
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024



V İslam Həmrəyliyi Oyunlarının tarixi dəyişdirildi
Olimpiya Hərəkatı 10:23 / 13.06.2020
Gələn ilin avqustunda Türkiyənin Konya şəhərində keçirilməsi planlaşdırılan V İslam Həmrəyliyi Oyunlarının vaxtı dəyişdirilib.
Bu barədə qərarın qəbul olunmasına səbəb yeni növ koronavirusla əlaqədar (COVID-19) Tokio-2020 Yay Olimpiya və Paralimpiya Oyunlarının vaxtının 2021-ci ilə dəyişdirilməsidir. Beləliklə, Konyada V İslam Həmrəyliyi Oyunlarının 2021-ci il sentyabrın 10-dan 19-dək keçirilməsi nəzərdə tutulub.
Bu qərar Türkiyənin Gənclər və İdman naziri Mehmet Muharrem Kasapoğlunun sədrliyi ilə V İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin və İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) İcraiyyə Komitəsi rəhbərliyinin birgə müzakirəsindən sonra qəbul olunub.
Xatırladaq ki, sonuncu İslamiada - IV İslam Həmrəyliyi Oyunları 2017-ci il mayın 12-dən 22-dək Bakıda keçirilib. İslam Həmrəyliyi Oyunları dörd ildən bir təşkil edilir.

34044 oxunub

InvestAZ