XƏBƏR LENTİ
10 Mart 2026
09 Mart 2026
08 Mart 2026
07 Mart 2026
06 Mart 2026
05 Mart 2026
04 Mart 2026



Bu gün daha beş güləşçimiz mübarizəyə başlayır
İdman 11:09 / 10.03.2026

Bu gün Serbiyanın Zrenyanin şəhərində 23 yaşadək güləşçilərdən ibarət Avropa çempionatında ikinci günə start veriləcək.

Olimpiyadunyasi.com xəbər verir ki, yarışın ikinci günündə sərbəst güləş üzrə daha 5 çəkidə Azərbaycan təmsilçisi mübarizəyə başlayacaq.

Ceyhun Allahverdiyev (61 kq), Ağanəzər Novruzov (74 kq), Vasif Xudiyev (86 kq), Ali Tsokayev (92 kq) və Yusif Dursunov (125 kq) ilk görüşlərini keçirəcəklər.

Həmçinin bu gün Vasif Bağırovla (57 kq) Səbuhi Əmiraslanov (79 kq) finalda, Musa Ağayevlə (65 kq) Zəfər Əliyev (97 kq) bürünc medal uğrunda güləşəcəklər. Ramik Heybətov (70 kq) isə təsəlliverici görüşə çıxacaq.

Qeyd edək ki, U-23 Avropa çempionatı martın 15-nə qədər davam edəcək.


137 oxunub

InvestAZ