XƏBƏR LENTİ
10 Mart 2026
09 Mart 2026
08 Mart 2026
07 Mart 2026
06 Mart 2026
05 Mart 2026
04 Mart 2026



Milli Olimpiya Komitəsinin yaranmasından 34 il ötür
İdman 14:59 / 10.03.2026

Bu gün Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) yaranmasından 34 il ötür. 1992-ci ildə yaradılan bu ali idman qurumu, ötən illər ərzində Azərbaycanın dünya miqyasında nüfuzlu idman ölkəsinə çevrilməsində müstəsna rol oynamışdır.

 

Azərbaycan MOK-u 14 yanvar 1992-ci il tarixində təsis edilib. 1992-ci il martın 10-da isə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. 1992-ci ilin noyabrında Avropa Olimpiya Komitəsinə (AOK) daxil olub. 1993-cü ilin sentyabrında Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Monako keçirilən Baş Assambleyasında BOK tərəfindən tanınıb.

 

Milli Olimpiya Komitəsinin fəaliyyətində mühim hadisələrdən biri də 1997-ci ildə cənab İlham Əliyevin MOK-un prezidenti seçilməsi olmuşdur. Məhz bu dövrdən başlayaraq MOK-un beynəlxalq əlaqələri yüksək səviyyədə qurulmuş, idmana, idmançılara dövlət səviyyəsində diqqət və qayğı daha da artırılmış, ölkəmizdə idmanın maddi-texniki bazası gücləndirilmiş və Olimpiya Hərəkatı kütləvi xarakter almışdır.


276 oxunub

InvestAZ