XƏBƏR LENTİ
28 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Məşhurların Milad bayramı sevinci
İdman 15:35 / 26.12.2019
 
Dekabrın 25-də bütün dünyanın katolik xristianları Milad bayramını qeyd ediblər. Qəzetimizin bayram buraxılışında dünya idmançılarının Milad bayramını harada və necə qeyd etmələri barədə məlumat verəcəyik.
Portuqaliyalı hücumçu Kriştianu Ronaldo Milad bayramını fərqli yerdə - çimərlikdə qeyd edib. Belə ki, futbolçu sevgilisi Corcina və 4 övladı ilə birgə dəniz sahilindən şəkil paylaşıb. Miladı xatırladan isə şəkildə olan Santa Klaus və "Hər kəsin Milad Bayramı mübarək” yazısı olub.
Karyerasını bitirmiş braziliyalı futbolçu Kaka builki Milad bayramını yeni ailə qurduğu həyat yoldaşı Karolina, qızı Bella və oğlu Luka ilə qarşılayıb. Küknar ağacı qarşısında Santa Klaus papağında şəkil çəkdirən Kaka, "Gəlin ailəmizlə birgə bu bayramı qeyd edək. Şam ağacı bəzəyək, bir-birimizə hədiyyə verək”, - deyə qeyd edib.
"Barselona”nın argentinalı futbolçusu Lionel Messinin Milad bayramını necə qeyd etməsi barədə məlumatı isə onun həyat yoldaşı Antonela Rokkuzzo paylaşıb. Messinin xanımı şəxsi instaqram səhifəsində həyat yoldaşı və üç oğlu ilə birgə qırmızı pijama və Santa -Klaus papağında şəkil paylaşıb.
Məşhur tennisçi Mariya Şarapova bayramı özünəməxsus şəkildə qeyd edib. Belə ki, instaqramda Mariyanın italiyalı tennisçi Yanik Sinner ilə birgə Milad mahnısı oxuduğu video yayılıb.
UFC-nin döyüşçüsü Konor Makqreqor Milad bayramını ən səmimi şəkildə, evdə ailəsi ilə birgə qeyd edib. Sosial şəbəkədə həyat yoldaşı, övladları və anası ilə şəkil paylaşan döyüşçü, "Evdə Milad bayramı” deyə şərh yazıb.

33128 oxunub

InvestAZ