XƏBƏR LENTİ
30 Aprel 2025
29 Aprel 2025
28 Aprel 2025



Britaniya meri: "London dördüncü dəfə Olimpiya Oyunlarına ev sahibliyi edən ilk şəhər olsun" 
İdman 17:20 / 29.04.2025

London şəhərinin 2040-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək imkanı nəzərdən keçirilir. Bu barədə Britaniya paytaxtının meri Sadiq Xan məlumat verib. "Mən idmanı sevən və onun faydalarını görən bir insanam. Düşünürəm ki, idmanın iqtisadi təsirini qiymətləndirmək üçün hesabat hazırlamalıyıq. Mən həmişə Londonu dünyanın idman paytaxtı etmək və bu mövqeyi möhkəmləndirmək arzusunda idim. Boks, NFL, MLB beysbol - biz Londonda oyunlar keçirmək üçün NBA ilə danışıqlar aparırıq. Məncə, bu, çox vacibdir. Fikrimcə, bu hesabat bizə iqtisadi faydaların miqdarını müəyyən etməyə imkan verəcək. Mən istərdim ki, London dördüncü dəfə Olimpiya Oyunlarına ev sahibliyi edən ilk şəhər olsun”, - deyə Xan bidirib.

Məlumat üçün bildirək ki, Böyük Britaniyanın paytaxtı London 1908, 1948 və 2012-ci illərdə Olimpiya Oyunlarına ev sahibliyi edib.


393 oxunub

InvestAZ