XƏBƏR LENTİ
30 Aprel 2025
29 Aprel 2025
28 Aprel 2025



"Bavariya" Virtslə razılığa gəldi
İdman 23:56 / 29.04.2025
Almaniyanın "Bavariya" klubu "Bayer"in yarımmüdafiəçisi Florian Virtslə şəxsi razılıq əldə edib. Olimpiyadunyasi.com xəbər verir ki, Leverkuzen təmsilçisi 21 yaşlı futbolçunun transferi üçün azı 100 milyon avro tələb edir. Münhen nəhəngi bu transferlə növbəti mövsüm üçün heyətini gücləndirməyi planlaşdırır. Razılaşmanın yay transfer dönəmində rəsmiləşəcəyi gözlənilir.

Qeyd edək ki, Florian Virts 2024/2025 mövsümündə çıxış etdiyi 48 oyunda 18 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.

508 oxunub

InvestAZ