Futbol üzrə UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə start verilib.
Olimpnews.az xəbər verir ki, mərhələnin ilk oyununda İngiltərənin "Arsenal" və Fransanın PSJ komandaları üz-üzə gəlib. Londondakı "Emireyts" stadionunda keçirilən oyun parislilerin minimal hesablı qələbəsi ilə yekunlaşıb -0:1. Luis Enrikenin komandasına qələbə gətirən yeganə qolu 4-cü dəqiqədə Usman Dembele vurub.
Komandalar arasında cavab oyunu mayın 7-də Parisdə "Park de Prens” stadionunda baş tutacaq.
Qeyd edək ki, yarımfinal mərhələsinin növbəti oyunu sabah "Barselona" (İspaniya) - "İnter" (İtaliya) komandaları arasında olacaq.
376 oxunub