XƏBƏR LENTİ
30 Aprel 2025
29 Aprel 2025
28 Aprel 2025



Stolüstü tennis üzrə ölkə birinciliyinə start verilir
İdman 18:04 / 29.04.2025

Aprelin 30-da stolüstü tennis üzrə yeniyetmə və gənclər arasında ölkə birinciliyi başlayır.

Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarış "Şüa” idman kompleksində keçiriləcək.

Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə keçiriləcək turnirdə 15 və 19 yaşadək idmançılar (U-15 və U-19 kateqoriyaları üzrə) bacarığını nümayiş etdirəcək.

Yarış üç gün davam edəcək və mayın 3-də qaliblərin və mükafatçıların adları müəyyən olunacaq.


394 oxunub

InvestAZ