XƏBƏR LENTİ
21 Aprel 2025
20 Aprel 2025
19 Aprel 2025
18 Aprel 2025



Xavi Simons "Leipziq"dən ayrılmağa hazırlaşır
İdman 11:44 / 21.04.2025

Almaniyanın "Leipziq" klubunda çıxış edən Xavi Simons mövsüm sonunda komandadan ayrılmaq niyyətindədir. Klub rəhbərliyi niderlandlı yarımmüdafiəçi üçün 75 milyon avro tələb edir.

Mövsüm ərzində göstərdiyi oyunla Avropanın aparıcı klublarının diqqətini çəkən gənc futbolçunun xidmətində xüsusilə İngiltərə təmsilçiləri maraqlıdır. Məlumata görə, "Liverpul" və "Mançester Yunayted" artıq 21 yaşlı oyunçunun transferi üçün ilkin danışıqlara başlayıblar.

Xatırladaq ki, Xavi Simons bu mövsüm "Leipziq"in heyətində əhəmiyyətli rol oynayıb və bir sıra vacib qarşılaşmalarda komandasına qələbə qazandıran çıxışları ilə yadda qalıb. O, mövsümə PSJ klubundan icarəyə əsasən qatılmışdı.



390 oxunub

InvestAZ