Atletika üzrə yamaykalı üçqat Olimpiya çempionu Şelli-Ann Freyzer-Prays oğlunun məktəbində keçirilən ənənəvi qaçış üzrə analar yarışında iştirak edib. RMC Sports xəbər verir ki, obu yarışda övladı ilə birlikdə finişi birinci keçib.
Xatırladaq ki, 38 yaşlı Şelli-Ann Freyzer-Prays 100 metr məsafəyə qaçışda ikiqat Olimpiya çempionu olmaqla yanaşı, estafetdə də Oyunların qalibi olub. Yamaykalı idmançı Paris-2024-də 100 metr məsafəyə yarımfinal yarışlarında uğursuz çıxış etmişdi.
Qeyd edək ki, Şelli-Ann bir müddət əvvəl idmançı karyerasını başa vurduğunu açıqlamışdı.
338 oxunub