Bu gün Azərbaycan Basketbol Liqasının pley-off mərhələsində daha iki qarşılaşma keçiriləcək. Günün ilk oyununda "Sərhədçi” öz meydanında "Sabah” komandasını qəbul edəcək. Görüş Sərhədçi İdman Mərkəzində keçiriləcək. Komandalar arasında ilk matçda "Sabah” inamlı oyun nümayiş etdirərək 90:64 hesabı ilə qələbə qazanıb. Bu səbəbdən "Sərhədçi” bu dəfə revanş üçün meydana çıxacaq.
Digər oyunda isə "Neftçi” və "Ordu” komandaları üz-üzə gələcək. Qarşılaşma Bakı İdman Sarayında oynanılacaq. Seriyanın ilk görüşündə "Neftçi” 93:84 hesablı qələbə ilə üstünlüyü ələ almışdı.
Hər iki oyun saat 19:00-da start götürəcək.
Qeyd edək ki, pley-off mərhələsinin ötən gün keçirilən digər qarşılaşmasında "Gəncə” komandası "Şəki” üzərində 94:71 hesabı ilə qələbə qazanıb və seriyada önə keçib. Pley-off görüşləri komandaların çempionluq yolundakı taleyini müəyyənləşdirəcək.