XƏBƏR LENTİ
21 Aprel 2025
20 Aprel 2025
19 Aprel 2025
18 Aprel 2025



Bakıdakı dünya çempionatında hakimlər ən müasir qulaqlıqlardan istifadə edəcəklər
İdman 10:40 / 19.04.2025

May ayında Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatında hakimlər yeni qulaqlıqlardan istifadə edəcəklər.

Dünya Minifutbol Federasiyası bununla bağlı "BluCom Communications” şirkəti ilə uzunmüddətli tərəfdaşlıq müqaviləsi imzalayıb.

Ən müasir qulaqlıqlar oyunlar zamanı hakimlər üçün ünsiyyətin və matçların idarə edilməsinin təkmilləşdirilməsində əsas rol oynayacaq.

Qeyd edək ki, dünya çempionatı mayın 21-dən iyunun 1-dək Milli Gimnastika Arenasında reallaşacaq.
277 oxunub

InvestAZ