Azərbaycanlı hakimlər Avstriyanın paytaxtı Vyanada FIBA tərəfindən təşkil olunan "Potensial Milli Hakimlər" inkişaf proqramında iştirak ediblər.
Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Basketbol Liqasının oyunlarına təyinat alan Salman Əliyev və Fəxrəddin Mahmudov tədbirdə iştirak edənlər arasında olub.
Gənc hakimlər inkişaf proqramı çərçivəsində bir neçə beynəlxalq oyunu idarə ediblər.
İnkişaf proqramının keçirilməsində əsas məqsəd potensiallı hakimlərin beynəlxalq səviyyədə təcrübə qazanması və onların gələcəkdə FIBA-nın bayrağı altında təşkil olunacaq turnirlərdə hakimlik etmələridir.