XƏBƏR LENTİ
21 Aprel 2025
20 Aprel 2025
19 Aprel 2025
18 Aprel 2025



“Xilasedici” bürünc medal yolunda ilk addımı atdı
İdman 20:24 / 20.04.2025

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında üçüncü yer uğrunda mübarizəyə start verilib. Bürünc medal uğrunda ilk qarşılaşmada "Neftçi” və "Xilasedici” komandaları üz-üzə gəlib. "Xilasedici” komandası inamlı oyun nümayiş etdirərək rəqibi üzərində 3:0 (25:20, 25:22, 25:17) hesablı qələbə qazanıb və seriyada önə keçib. Görüşdə hər üç setdə üstün olan "Xilasedici” meydandakı oyun intizamı və effektiv hücumları ilə seçilib.

Tərəflər arasındakı ikinci qarşılaşma sabah baş tutacaq. Reqlamentə əsasən, bürünc medalın sahibi iki oyunun nəticəsinə əsasən müəyyənləşəcək. Əgər hər iki komanda bir qələbə qazansa və xallar bərabər olarsa, qalibi müəyyən etmək üçün "Qızıl set” oynanılacaq.

Xatırladaq ki, üçüncü yer uğrunda seriyada qalib gələn komanda mövsümü Azərbaycan Yüksək Liqasının bürünc medalçısı kimi başa vuracaq.



553 oxunub

InvestAZ