Misli Premyer Liqasının XXXI turun oyunları davam edir. Turun üçüncü oyun gününün ilk qarşılaşmasında "Şamaxı" doğma meydanda "Kəpəz"i qəbul edib.
Oyun "Şamaxı”nın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Matçın 27-ci dəqiqəsində Alfons Msanqa hesabı açıb. 35-ci dəqiqədə "Kəpəz”in futbolçusu Luis Paçu cavab qolu ilə tarazlığı bərpa edib. Lakin 67-ci dəqiqədə Brahim Konatenin vurduğu qol "Şamaxı"ya qələbə gətirib.
Bu nəticədən sonra xallarının sayını 34-ə çatdıran "Şamaxı" turnir cədvəlində yeddinci pilləyə yüksəlib. "Kəpəz" isə 28 xalla doqquzuncu yerdə qərarlaşıb.
Turun sonuncu oyununda "Zirə" "Sumqayıt"la üz-üzə gələcək.