XƏBƏR LENTİ
20 Aprel 2025
19 Aprel 2025
18 Aprel 2025
17 Aprel 2025
16 Aprel 2025
15 Aprel 2025
14 Aprel 2025



Yüksək Liqada bürünc medal uğrunda mübarizəyə start verilir
İdman 10:54 / 19.04.2025

Bu gün qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında üçüncü yer uğrunda qarşılaşmalara start veriləcək.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutacaq ilk görüşdə "Gəncə” komandası "Milli Aviasiya Akademiyası” ilə qarşılaşacaq. Bürünc medal uğrunda ilk oyun saat 15:00-da başlayacaq.

Üçüncü yerin sahibi iki oyunun nəticəsinə əsasən müəyyənləşəcək. Əgər komandalar hərəyə bir qələbə qazansa, qalibi müəyyən etmək üçün qızıl set oynanılacaq.

Qarşılaşmaların ikinci oyunu sabah keçiriləcək.


692 oxunub

InvestAZ