XƏBƏR LENTİ
19 Aprel 2025
18 Aprel 2025
17 Aprel 2025
16 Aprel 2025
15 Aprel 2025
14 Aprel 2025
13 Aprel 2025



Konfrans Liqasında yarımfinalçıların adına aydınlıq gəldi
İdman 12:29 / 18.04.2025

UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçirilib. Gərgin idman mübarizəsi şəraitində baş tutan qarşılaşmalardan sonra yarımfinala yüksələn komandalar müəyyənləşib.

İngiltərənin "Çelsi” klubu öz meydanında Polşanın "Legiya” komandasına 1:2 hesabı ilə uduzsa da, ilk oyundakı 3:0 hesablı qələbə sayəsində mərhələ adlayıb.

İtaliyanın "Fiorentina”sı "Sele” ilə 2:2 hesablı heç-heçə edib və ümumi nəticəyə görə növbəti mərhələyə yüksəlib – (ilk oyun: 2:1).

"Rapid” (Avstriya) doğma azarkeşləri önündə "Yurqorden”ə (İsveç) 1:4 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb (ilk oyun: 1:0).

Polşanın digər təmsilçisi "Yagelloniya” "Betis”lə (İspaniya) 1:1 hesablı heç-heçə edib, lakin ilk oyunda uduzduğu üçün (0:2) turnirlə vidalaşıb.

Yarımfinal mərhələsinin görüşləri mayın 1-də və 8-də keçiriləcək.


2139 oxunub

InvestAZ