XƏBƏR LENTİ
19 Aprel 2025
18 Aprel 2025
17 Aprel 2025
16 Aprel 2025
15 Aprel 2025
14 Aprel 2025
13 Aprel 2025



Yüksək Liqada finalın adı bəlli oldu
İdman 22:31 / 17.04.2025

Qadın voleybolçular arasında Yüksək Liqada final mərhələsinin iştirakçıları müəyyənləşib. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilən yarımfinal oyunları həyəcanlı anlarla yadda qalıb. Günün ilk matçında "Milli Aviasiya Akademiyası” "Azərreyl”lə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüşdə akademiya təmsilçiləri 3:2 hesabı ilə qələbə qazansa da, cütün ilk oyununda "Azərreyl”in eyni hesabla qalib gəlməsi "Qızıl set”i zəruri edib. Həlledici setdə 15:11 hesabı ilə üstün olan "Azərreyl” finala vəsiqə qazanıb.

Daha sonra "Gəncə” və "Abşeron” komandaları üz-üzə gəlib. İlk görüşdə 3:1 hesabı ilə üstün olan "Abşeron” bu dəfə rəqibini 3:0 hesabı ilə məğlub edərək finala yüksəlib.

Beləliklə, final qarşılaşmasında "Azərreyl” və "Abşeron”, bürünc medal uğrunda görüşdə isə "Milli Aviasiya Akademiyası” və "Gəncə” komandaları mübarizə aparacaq.


1763 oxunub

InvestAZ