XƏBƏR LENTİ
19 Aprel 2025
18 Aprel 2025
17 Aprel 2025
16 Aprel 2025
15 Aprel 2025
14 Aprel 2025
13 Aprel 2025



Avropa Liqasında yarımfinalçılar müəyyənləşdi
İdman 02:24 / 18.04.2025

UEFA Avropa Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçirilib. İngiltərənin "Mançester Yunayted” klubu doğma meydanda Fransanın "Lion” komandası ilə məhsuldar oyunda 5:4 hesablı qələbə qazanaraq mərhələ adlayıb. Bu komandalar arasında ilk oyunda 2:2 hesabı qeydə alınıb. 

"Tottenhem” isə səfərdə Almaniyanın "Ayntraxt” komandasını 1:0 hesabı ilə məğlub edib. İngiltərə təmsilçisi ilk oyundakı 1:1 hesablı nəticə fonunda yarımfinala yüksəlib.

İspaniyanın "Atletik” (Bilbao) klubu isə Şotlandiya "Reyncers”ini 2:0 hesabı ilə üstələyib. İlk oyunda qapılara qol vurulmadığından bu nəticə baskları növbəti mərhələyə daşıyıb.

İtaliyanın "Latsio” klubu isə Norveçin "Budyo Qlimt” komandası üzərində 3:1 hesablı qələbə qazansa da, ümumi nəticədə penalti seriyasında 2:3 hesabı ilə uduzaraq turnirlə vidalaşıb.

Avropa Liqasının yarımfinal matçları mayın 1-də keçiriləcək.


1954 oxunub

InvestAZ