Bu gün Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin növbəti oyunları keçiriləcək. Saat 18:00-da "Neftçi” və "Ordu” komandaları üz-üzə gələcək. Günün ikinci qarşılaşmasında isə "Sabah” saat 21:00-da "Sərhədçi”ni qəbul edəcək. Hər iki görüş Bakı İdman Sarayında baş tutacaq.
Xatırladaq ki, ötən gün oynanılan "Şəki” -"Gəncə” matçında meydan sahibləri 85:84 hesabı ilə qalib gəlib. Pley-off mərhələsinin ilk oyunları aprelin 19-da yekunlaşacaq.