XƏBƏR LENTİ
03 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025
24 İyun 2025
23 İyun 2025
19 İyun 2025



Minskdə “Olimpiya mədəniyyəti və təhsil” proqramı çərçivəsində tədbir keçirilib
Olimpiya Hərəkatı 22:15 / 28.06.2019

Belarus və Azərbaycan Milli Olimpiya komitələrinin, Avropa Olimpiya Komitəsinin nümayəndələri və idmançılar Minskdə Fransisk Skorina adına 1 saylı gimnaziyada olublar.
Səfər çərçivəsində keçirilən görüşdə Azərbaycan MOK-un baş katibinin müavini Azər Əliyev, Belarus Milli Olimpiya Komitəsinin vitse-prezidenti Sergey Repkin, Avropa Olimpiya Komitəsinin nümayəndəsi Gianluca De Angelis, Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov iştirak ediblər.
Xatırladaq ki, Fransisk Skorina adına 1 saylı gimnaziya Avropa Gənclərinin Yay Olimpiya Festivalının irsi olan "Olimpiya mədəniyyəti və təhsil” proqramı çərçivəsində Azərbaycanın 164 saylı məktəbi ilə qardaşlaşıb.
Tədbirdə gimnaziyanın direktoru Natalya Buşnaya "Olimpiya mədəniyyəti və təhsil” proqramı çərçivəsində təqdim olunan fəaliyyətlər barədə məlumat verib. O mədəni və tarixi mübadilə, Olimpiya dəyərlərini öyrənmək və bölüşmək üçün böyük imkanlar yaratdığına görə, Belarus və Azərbaycanın Milli Olimpiya komitələrinə, həmçinin Avropa Olimpiya Komitəsinə təşəkkür edib.
Azər Əliyev tədbirdə çıxış edərək proqramın həyata keçirilməsində fəal iştirakına görə gimnaziyanın rəhbərliyinə təşəkkürünü bildirib. O, həmçinin Belarus MOK-un təşəbbüskarlığını yüksək qiymətləndirib. Azərbaycanlı tələbələr və qonaqların "Olimpiya mədəniyyəti və təhsil” proqramına daha çox diqqət yetirdiyini vurğulayan Azər Əliyev Minskdə keçirilən ikinci Avropa Oyunlarından böyük məmnunluq duyduğunu qeyd edib.
Sonda iştirakçılara hədiyyələr təqdim edilib və xatirə şəkli çəkdirilib.


57927 oxunub

InvestAZ