XƏBƏR LENTİ
27 İyun 2019
26 İyun 2019
25 İyun 2019
24 İyun 2019



Çempionlar Liqasının qalibi hansi komanda olacaq?
"Barselona" (37.5%)
"Yuventus" (25%)
"Mançester Siti" (12.5%)
"Mançester Yunayted" (12.5%)
"Liverpul" (6.25%)
"Ayaks" (6.25%)
"Totenhem" (0%)
"Porto" (0%)
Bakı-2019-un biletləri satışa çıxarılıb
Olimpiya oyunları 15:15 / 10.06.2019


Bu il iyulun 21-27-də Bakıda keçiriləcək Avropa Gənclər Olimpiya Festivalının biletləri iyunun 10-da satışa çıxarılıb. Biletlərin satışı Festivalın Əməliyyat Komitəsi ilə "iTicket” şirkəti arasında imzalanan razılıq müqaviləsi çərçivəsində həyata keçirilir.
Satışa çıxarılan 146 min bilet Bakı-2019 Avropa Gənclər Olimpiya Festivalının www.eyofbaku2019.com, eləcə də www.iticket.az saytlarından əldə oluna bilər. Bundan əlavə, bütün idmansevərlər biletləri "Park Bulvar”, "Gənclik”, "28 May” ticarət mərkəzlərindən və paytaxtın müxtəlif ərazilərində fəaliyyət göstərən 12 bilet satışı məntəqəsindən də əldə edə bilərlər.
Festivalın açılış mərasiminə bir biletin qiyməti 10-15, bağlanış mərasiminə isə 5-10 manat təşkil edəcək. Hər iki mərasim "Baku Crystal Hall”da keçiriləcək. Bütün idman yarışlarına biletlərin ödənişsiz olmasına
baxmayaraq, arenalara giriş yalnız əvvəlcədən əldə edilən biletlər vasitəsilə mümkün olacaq.
Gənclər və İdman naziri Azad Rəhimov bildirib ki, açılış və bağlanış mərasimlərinin biletləri üçün ən münasib qiymətlərin təyin edilməsi, habelə bütün idman yarışlarına biletlərin pulsuz olması yerli və xarici azarkeşlərdə festivala daha çox maraq oyatmaq və onların bu möhtəşəm oyunları şəxsən izləmələrinə imkan yaradacaq.
İyulun 21-27-də Bakıda keçiriləcək festivalla əlaqədar Azərbaycana 3600-dən çox idmançı və texniki nümayəndə gələcək. Atletlər idmanın 10 növü üzrə - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.

482 oxunub

InvestAZ