XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Gənclər və idman naziri Olimpiya İdman komplekslərində yaradılan şəraitlə tanış olub
İdman 17:11 / 13.10.2021
Gənclər və idman naziri Fərid Qayıbov cənub bölgəsinə səfər edib. Nazirliyin Mətbuat xidmətindən verilən məlumata görə, F.Qayıbov səfər çərçivəsində Lənkəran, Astara, Masallı, Cəlilabad və Biləsuvar Olimpiya komplekslərində olub. Nazir idman mərkəzlərində yaradılmış şəraitlə tanış olaraq, onların fəaliyyətləri ilə maraqlanıb, müxtəlif idman növləri üzrə məşq proseslərini izləyib.

O, həmçinin, Masallı şəhərində yerləşən Regional Taekvondo Mərkəzində və Regional Boks Mərkəzində, eləcə də Masallı, Lənkəran və Biləsuvar şəhərlərində fəaliyyət göstərən Gənclər Evlərində olub, bu mərkəzlərdə yaradılmış şəraitlə maraqlanıb.

Lənkəran Gənclər Evinə baxış zamanı qeyd edilib ki, Uşaq-Gənclər İdman Məktəbinin direktoru, Vətən müharibəsində şəhid olmuş Vüsal Kazımovun qəhrəmanlığı gənc nəslin təlim-tərbiyəsində əsl vətənpərvərlik nümunəsi kimi göstərilir.

Nazir həmin qurğuların gənclərə və idmançılara xidmət səviyyəsinin genişləndirilməsinin önəmini qeyd edib və bununla bağlı müvafiq tövsiyələr verib.
31635 oxunub

InvestAZ