XƏBƏR LENTİ
17 Sentyabr 2025
16 Sentyabr 2025
15 Sentyabr 2025
14 Sentyabr 2025
13 Sentyabr 2025
12 Sentyabr 2025
11 Sentyabr 2025



Bakıda AVRO-2020-nin paradı olub
İdman 20:07 / 10.06.2021
Avro-2020-nin qrup mərhələsinin üç və dörddəbir final mərhələsinin bir oyununa ev sahibliyi edəcək Bakıda iyunun 10-da personajların keçidi olub. Heydər Əliyev Mərkəzinin qarşısındakı parkda təşkil olunan mərasimdə Türkiyə, İsveçrə və Uels yığmalarını təmsil edən rəqqaslar, musiqiçilər, maskotlar və azarkeşlər iştirak ediblər.

Keçidin məqsədi Avropa çempionatının Bakıda keçiriləcək oyunlarının təbliğidir. İyunun 20-dək davam edəcək mərasim hər gün Bakının müxtəlif məntəqələrində təşkil olunacaq.

Keçid həm piyada, həm də avtobuslarla gəzintidən ibarətdir. Mərasimdə ümumilikdə 47 personaj iştirak edir. Bakıdakı oyunlarda iştirak edəcək hər ölkə 4 musiqiçi, 2 maskot, 3 rəqqas və s. ilə təmsil olunur.

Qeyd edək ki, Avropa çempionatı iyunun 11-dən iyulun 11-dək keçiriləcək. Bakı Olimpiya Stadionu A qrupu çərçivəsində keçiriləcək İsveçrə - Uels (12 iyun), Türkiyə - Uels (16 noyabr) və Türkiyə - İsveçrə (20 iyun) qarşılaşmalarına, eləcə də dörddəbir final mərhələsinin bir oyununa (3 iyul) ev sahibliyi edəcək.


40777 oxunub

InvestAZ