XƏBƏR LENTİ
27 İyul 2024
26 İyul 2024
25 İyul 2024
24 İyul 2024



BOK: yeni müzakirələr və təkliflər
Olimpiya Hərəkatı 12:18 / 31.07.2020

Beynəlxalq Olimpiya Komitəsi (BOK) və BMT-nin əməkdaşlığı çərçivəsində idman vasitəsilə insanların sağlamlığının qorunması istiqamətində işlər davam etdirilir.​ BOK-un rəsmi saytında bildirilir ki, bu dəfə Tomas Bax və BMT-nin Narkotiklərə və cinayətkarlığa qarşı mübarizə idarəsinin (UNODC) rəisi xanım Qada Vali bir araya gəlib. Onlar idman sahəsində cinayətkarlıqla və narkomaniya ilə mübarizə məsələlərindən danışaraq müzakirələr aparıblar.

BOK-un prezidenti görüşdə idmanın narkomaniya və cinayətkarlıqla mübarizədə müstəsna əhəmiyyətini qeyd edib. Xanım Q.Vali isə postpandemiya dövründə idmanın gender bərabərliyinin inkişafına töhfə vermək imkanlardan söhbət açıb.
Görüşlə paralel olaraq BOK, UNODC və Interpol Avropa Şurasının dəstəyi ilə Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA), Beynəlxalq Basketbol Federasiyası (FIBA) və Beynəlxalq Bobsley və Skeleton Federasiyasının (IBSF) dəstəyi ilə Baltikyanı region üçün vebinar keçirilib. Vebinarın təşkilində məqsəd milli və regional səviyyədə əməkdaşlığın təşviq edilməsi, idman yarışlarının manipulyasiyası ilə riskləri azaltmaq işinə kömək göstərilməsidir.


43781 oxunub

InvestAZ