XƏBƏR LENTİ
25 Sentyabr 2021
24 Sentyabr 2021
23 Sentyabr 2021
22 Sentyabr 2021
21 Sentyabr 2021
17 Sentyabr 2021



Olimpiada iştirakçılarına​​ naməlum içki verilib
Olimpiya Hərəkatı 17:18 / 13.07.2020

2012-ci ildə Londonda keçirilən Olimpiya Oyunlarından öncə 91 ingilis idmançı eksperimental maddə qəbul edib.​ İdmançılar "DeltaG” adlı enerji içkisini rəsmi qurumların tövsiyəsi əsasında qəbul ediblər. Üstündən xeyli müddət keçəndən sonra məlum olub ki, idmançılar bu içkinin yan təsirlərinin olmayacağı və​ antidopinq qaydalarının pozulmasına gətirməyəcəyi ilə bağlı təminat almayıblr. Üstəlik, onlar dövlət agentliyi olan UK Sport-un potensial pozuntulara və ya yan təsirlərə görə məsuliyyət daşımayacağına razılaşıblar. ​

​ "Daily Mail” nəşrinin araşdırması nəticəsində məlum olub ki, bu maddədən istifadə edən idmançıların 40% -i yan təsirlərə məruz qalıb. Bu səbəbdən 28 nəfər bundan istifadə etməyi dayandırıb ​ və daha 24 idmançı bu maddənin onlar üçün faydalı olmadığına əmin olduqları üçün ondan imtina ediblər.​
UK Sport, bu məhsulu istifadə etməzdən əvvəl idmançıların sağlamlığı üçün təhlükə yaranamamsı üçün WADA və İngiltərə Antidopinq Agentliyi ilə məsləhətləşdiyini bildirib.


8405 oxunub

InvestAZ