XƏBƏR LENTİ
19 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Azərbaycan İdman Akademiyası beynəlxalq sərgidə
İdman 12:47 / 07.04.2026

Qazaxıstanın Almatı şəhərində Azərbaycanın ali təhsil müəssisələrinin "Study in Azerbaijan” beynəlxalq sərgisi keçirilir. 

Sərgidə təmsil olunan 25-ə yaxın aparıcı ali təhsil müəssisəsi içərisində Azərbaycan İdman Akademiyasının (ASA) stendi də yer alır. Akademiyanı Tədris işləri üzrə prorektor Ülkər Babayeva, Beynəlxalq əməkdaşlıq və layihələrlə iş şöbəsinin Beynəlxalq reytinqlər üzrə koordinatoru Nərgiz Vəliyeva və şöbənin baş mütəxəssisi Qalibə Hüseynova təmsil edirlər.

Sərgiyə gələn abituriyent və tələbələr ASA-nın ali təhsil proqramları, akademik imkanları və elmi nailiyyətləri haqqında məlumat əldə edir, həmçinin onların ikili diplom proqramları və qəbul tələbləri ilə bağlı sualları cavablandırılır.

Qeyd edək ki, sərgi aprelin 7-8-də Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək.


2005 oxunub

InvestAZ