XƏBƏR LENTİ
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Gənclər və İdman naziri xüsusi mükafata layiq görülüb
Gündəm 11:57 / 13.09.2019

Budapeştdə Avropa Ədalətli Oyunlar Komitəsinin 25-ci konqresi keçirilir.
Beynəlxalq Ədalətli Oyunlar Təşkilatının 25 illiyinə həsr olunan bu tədbirdə Azərbaycan tərəfindən Gənclər və İdman naziri Azad Rəhimov, Azərbaycan Ədalətli Oyunlar Komissiyasının (AzƏOK) sədri, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev və digər şəxslər iştirak edirlər.
Budapeştdəki "City Hall”da keçirilən tədbirdə Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin (BƏOK) prezidenti Jeno Kamuti çıxış edərək tədbir iştirakçılarını salamlayıb, qurumun fəaliyyəti və təqdim olunacaq "Fair Play” mükafatları barədə məlumat verib.
Budapeşt Şəhər Bələdiyyəsi sədrinin müavini Aleksandra Şalay-Bobrovinski, Dövlət katibinin müavini Petr Sarfalvi də tədbir iştirakçılarına salamlarını çatdırıb, ölkələrinin idmana və ədalət prinsiplərinə daim önəm verdiyini bildiriblər.
Musiqili proqramla davam edən tədbirin gedişində ədalətli oyun prinsipləri mövzusunda film nümayiş olunub.
Daha sonra mükafatlar sahiblərinə təqdim olunub. Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin prezidenti Jeno Kamuti tərəfindən "2018-ci il Dünya Ədalətli Oyunlar Mükafatı”nın "Ədalətli oyun ruhunda keçən idman karyerası və həyat” kateqoriyasında mükafatlandırılıb.
Nazir Azad Rəhimov tədbirdəki çıxışında Azərbaycanda idmanın uğurlu inkişafı, dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmanın inkişafına göstərdiyi yüksək diqqət və qayğıdan danışıb, mükafata layiq görüldüyünə görə təşəkkürünü bildirib.
Sonda mükafat sahibləri xatirə şəkilləri çəkdiriblər.

36243 oxunub

InvestAZ