XƏBƏR LENTİ
26 Fevral 2026
25 Fevral 2026
24 Fevral 2026
23 Fevral 2026
22 Fevral 2026
21 Fevral 2026
20 Fevral 2026



Kross qaçışı üzrə rayon birinciliyi keçirilib
İdman 11:12 / 26.02.2026

Astaranın Dənizkənarı Park Bulvar Kompleksində kross qaçışı üzrə rayon birinciliyi keçirilib. Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin və Lənkəran-Astara Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə keçirilən yarışda 16 müəssisəni təmsil edən 63 nəfər idmançı mübarizə aparıb.

Rayon sakinlərin maraqla izlədiyi yarışda 500 metr məsafəyə kross qaçışında qızlar və 1000 metr məsafəyə kross qaçışında oğlanlar iştirak ediblər. Qızlar arasında I yeri Tunay Nəhmətzadə, II yeri Məriyyəm Dadaşzadə, III yeri isə Aylin Həsənli tutub.

Oğlanlar arasında qaçışda Yusif Qulamov, Röyal Miraczadə və İlham Kazımov müvafiq olaraq ilk üç pillədə qərarlaşıblar.

Gərgin və maraqlı keçən yarışda ilk üç yerin sahiblərinə Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin diplom və medalları verilib.

Yarışın baş hakimi, Astara şəhər Ceyhun Babayev adına liseyin Fiziki tərbiyə müəllimi, Atletika Federasiyasının Astara rayon nümayəndəsi, Atletika üzrə veteranlar arasında 5 qat Azərbaycan çempionu Rəşad Əliyev olub.


211 oxunub

InvestAZ