XƏBƏR LENTİ
26 Fevral 2026
25 Fevral 2026
24 Fevral 2026
23 Fevral 2026
22 Fevral 2026
21 Fevral 2026
20 Fevral 2026



Yüksək Liqada XV tura start verilir
İdman 10:20 / 26.02.2026

Bu gün voleybol üzrə qadınlar arasında Azərbaycan Yüksək Liqasında XV turun oyunlarına start veriləcək.

Olimpiyadunyasi.com xəbər verir ki, turun ilk oyun günündə iki qarşılaşma təşkil olunacaq.

Saat 16:00-da "Abşeron" "Murov Az Terminal"la üz-üzə gələcək. Saat 18:00-da isə "DH Volley" və "Gəncə" komandaları meydana çıxacaq.

Hər iki qarşılaşma Azərbaycan Voleybol Federasiyasının idman zalında baş tutacaq.

Qeyd edək ki, XV tura fevralın 27-də yekun vurulacaq.



304 oxunub

InvestAZ