XƏBƏR LENTİ
11 Fevral 2026
10 Fevral 2026
09 Fevral 2026
08 Fevral 2026
07 Fevral 2026
06 Fevral 2026
05 Fevral 2026



Azərbaycan fiqurlu konkisürəni Milan-Kortina-2026-da ilk çıxışını edib
İdman 23:57 / 10.02.2026

İtaliyada keçirilən XXV Qış Olimpiya Oyunları davam edir.

Olimpiyadunyasi.com xəbər verir ki, bu gün Azərbaycan millisinin üzvü Vladimir Litvintsev fiqurlu konkisürmə yarışlarında mübarizəyə start verib.

Çin Xalq Respublikası, ABŞ, Koreya Respublikası, Slovakiya və Latviya idmançılarının da yer aldığı üçüncü qrupda çıxış edən Azərbaycan təmsilçisi qısa proqramda 13-cü sırada buz üzərinə çıxıb. 25 yaşlı idmançımız hakimlərdən 63.63 bal toplayıb.

Qaydalara əsasən, 29 iştirakçı arasında ilk 24-lüyə düşən idmançılar fevralın 13-də keçiriləcək sərbəst proqramda çıxış etmək hüququ qazanacaqlar.

İdmançımızın çıxışını Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Fərid Qayıbov və MOK-un baş katibi Azər Əliyev də tribunadan izləyib.


332 oxunub

InvestAZ