XƏBƏR LENTİ
11 Fevral 2026
10 Fevral 2026
09 Fevral 2026
08 Fevral 2026
07 Fevral 2026
06 Fevral 2026
05 Fevral 2026



AVF-in həkimi Avropa Voleybol Konfederasiyasının iclasında iştirak edib
İdman 22:33 / 10.02.2026

Avropa Voleybol Konfederasiyasının (CEV) Tibb Komissiyasının növbəti iclası keçirilib.

Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Lüksemburqda baş tutan toplantıda CEV Tibb Komissiyasının üzvü, Azərbaycan Voleybol Federasiyasının həkimi Vüsalə Kazımova da iştirak edib.

CEV-in baş ofisində təşkil olunan iclasa Tibb Komissiyasının prezidenti Yaçek Leon Kruçinski rəhbərlik edib. Toplantı zamanı CEV-in cari il üçün fəaliyyət planı, beynəlxalq turnir və yarışlarda tibbi təminatın təşkili, eləcə də idmançıların sağlamlığının qorunması ilə bağlı məsələlər müzakirə olunub.

Görüşdə 2025-ci il ərzində keçirilmiş və qarşıdakı dövr üçün planlaşdırılan yarışlarda idmançıların tibbi müayinələrinin təşkili, zədələrin profilaktikası, bərpa prosesləri və tibbi nəzarət mexanizmləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Bununla yanaşı, beynəlxalq yarışlarda tətbiq olunan tibbi protokolların təkmilləşdirilməsi və vahid standartların qorunmasının vacibliyi vurğulanıb.

İclas çərçivəsində CEV Tibb Komissiyasının üzvləri tərəfindən müasir tibbi yanaşmalar, idman təbabətindəki yeniliklər və bu sahədə federasiyalar arasında əməkdaşlığın gücləndirilməsi məsələləri də diqqət mərkəzində olub.


290 oxunub

InvestAZ