XƏBƏR LENTİ
08 Fevral 2026
07 Fevral 2026
06 Fevral 2026
05 Fevral 2026
04 Fevral 2026
03 Fevral 2026
02 Fevral 2026



MOK RƏSMİLƏRİ MİLANDA ATLETLƏR KƏNDİNDƏ OLUBLAR
İdman 19:08 / 08.02.2026

İtaliyanın Milan və Kortina Ampetso şəhərlərində keçirilən XXV Qış Olimpiya Oyunlarında müxtəlif idman növləri üzrə yarışlar davam edir.

 

Bu gün Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibi Azər Əliyev və Azərbaycan Qış İdman Növləri Federasiyasının prezidenti Fuad Nağıyev Milanda yerləşən Atletlər kəndində olublar.

 

Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, MOK və federasiya rəsmiləri Olimpiya kəndində məskunlaşan nümayəndə heyətinin üzvləri və idmançımız fiqurlu konkisürən Vladimir Litvintsevlə görüşüblər. Olimpiya kəndində şef-de-mission Anar Bağırov burada yaradılan şərait, hazırlıq prosesi, məskunlaşma və qidalanma ilə bağlı ətraflı məlumat verib.

 

Görüş zamanı yarışlara hazırlığın gedişi müzakirə edilib, mövcud imkanlar müsbət qiymətləndirilib.

 

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibi Azər Əliyev və Azərbaycan Qış İdman Növləri Federasiyasının prezidenti Fuad Nağıyev Azərbaycan komandasının üzvlərinə uğurlar arzulayaraq, idmançılarımızın ölkəmizi Qış Olimpiya Oyunlarında layiqincə təmsil edəcəklərinə inandıqlarını bildiriblər.

 

Azərbaycan XXV Qış Olimpiya Oyunlarında dağ xizəkçisi Anastasiya Papatoma və fiqurlu konkisürən Vladimir Litvintsev olmaqla iki idmançı ilə təmsil olunur. 

 

Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarında 92 ölkədən 3 minə yaxın idmançı 16 idman növü üzrə 116 medal dəsti uğrunda mübarizə aparır.

 

XXV Qış Olimpiya Oyunlarına fevralın 22-də yekun vurulacaq.


650 oxunub

InvestAZ