İdman 23:03 / 06.02.2026
Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarının rəsmi açılış mərasimi başlayıb.
Olimpiyadunyasi.com xəbər verir ki, Milandakı məşhur "San Siro” stadionunda təşkil olunan tədbir Bakı vaxtı ilə saat 23:00-da start götürüb.
Azərbaycan nümayəndə heyəti açılış mərasimində paraddan 11-ci sırada keçəcək. Üçrəngli bayrağımızı dağ xizəkçisi Anastasiya Papatoma və fiqurlu konkisürən Vladimir Litvintsev daşıyacaq.
Açılış mərasimini Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və baş katibi Azər Əliyev də izləyir.
Qeyd edək ki, XXV Qış Olimpiya Oyunlarında 92 ölkədən 3 minə yaxın idmançı iştirak edir. İdmançılar Oyunlarda 16 idman növü üzrə 116 medal dəsti uğruda yarışacaq.
Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarına fevralın 22-də yekun vurulacaq.