XƏBƏR LENTİ
21 Yanvar 2026
19 Yanvar 2026
18 Yanvar 2026
16 Yanvar 2026
14 Yanvar 2026
13 Yanvar 2026
12 Yanvar 2026
09 Yanvar 2026
08 Yanvar 2026



Prezident İlham Əliyev: “Hər il Azərbaycanda xizəkçilik üzrə ya Dünya, ya da Avropa çempionatı keçiriləcək”
İdman 12:11 / 21.01.2026
Azərbaycan Prezidenti İlham Əliyev Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində "Azərbaycan rəhbərliyi ilə səhər yeməyi" adlı tədbirdə müxtəlif ölkələri təmsil edən biznes nümayəndələrinin suallarını cavablandırıb.
Dövlətimizin başçısı Şahdağ xizək kurortunun sürətlə inkişaf etdiyini və bu il burada dünya çempionatının keçiriləcəyini bildirib. Ölkə Prezidenti qeyd edib ki, Beynəlxalq Xizək Federasiyası ilə əməkdaşlıq artıq qurulub və yarış rəsmi təqvimə salınıb. "Bu il Şahdağda Dünya çempionatı keçiriləcək. Beynəlxalq Xizək Federasiyası ilə bizim əlaqələrimiz başlayıb və bu tədbir artıq təqvimə salınıb. Beləliklə, hər il bizdə azı bir tədbir - ya Dünya çempionatı, ya da Avropa çempionatı keçiriləcək. Bu, artıq 10 ildən çoxdur ki, böyük maraq cəlb edən və turistlərin sayının artmasında mühüm rol oynayan yay tədbirimizlə - Formula 1-lə müəyyən dərəcədə balans yaradacaq. İlk Formula 1-dən sonra artım 20 faiz oldu.
İndi Şahdağda Dünya çempionatı Azərbaycanın qış təqdimatı olacaq. Yeni hotellərin, yeni obyektlərin tikilməsini nəzərə alsaq, ümidvaram ki, bir çox insan xizək sürmək üçün bu məkanı seçəcək”, - deyə Azərbaycan Prezidenti İlham Əliyev bildirib.


151 oxunub

InvestAZ