XƏBƏR LENTİ
19 Yanvar 2026
18 Yanvar 2026
16 Yanvar 2026
14 Yanvar 2026
13 Yanvar 2026
12 Yanvar 2026
09 Yanvar 2026
08 Yanvar 2026
07 Yanvar 2026



Gəncə İdman Sarayında yeni cüdo zalı fəaliyyətə başlayıb
İdman 10:50 / 19.01.2026

Gəncə İdman Sarayında yeni cüdo zalı fəaliyyətə başlayıb. 

Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən verilən məluamat görə, müasir standartlara cavab verən tatamilərlə təchiz olunmuş zalın ümumi ölçüsü 483 kvadratmetrdir. Bundan başqa, məşqçi və paltardəyişmə otaqları da mövcuddur. Zalda 300-dən çox idmançı cüdo ilə məşğul ola biləcək.

Qeyd edək ki, 2022–2025-ci illərdə Azərbaycan Cüdo Federasiyası tərəfindən Gəncə, Sumqayıt, Qusar, Ağstafa, Zaqatala, Goranboy, Sabirabad, Bakının Zirə qəsəbəsi, Ağdaş, Kürdəmir, Astara, Cəlilabad, Tərtər, Qax, İmişli, Şabran və Zaqatalanın Mosul kəndində yeni cüdo zalları istifadəyə verilib. Həmçinin Bakı və regionlardakı 179 idman zalına ümumilikdə 13200 tatami paylanılıb.


245 oxunub

InvestAZ