XƏBƏR LENTİ
11 Mart 2026
10 Mart 2026
09 Mart 2026
08 Mart 2026
07 Mart 2026
06 Mart 2026
05 Mart 2026
04 Mart 2026



"Barselona" 16-cı dəfə İspaniya Superkubokunun qalibi oldu
İdman 10:06 / 12.01.2026

"Barselona" klubu futbol üzrə 16-cı dəfə İspaniya Superkubokunun qalibi adını qazanıb. Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən final oyununda Kataloniya təmsilçisiMadrid "Real"ına minimal hesabla qalib gəlib -3:2."El Klasiko"da hesabı 36-cı dəqiqədə Hans-Diter Flikin komandası açıb. Rafinya dəqiq zərbə ilə fərqlənib. İlk hissənin sonlarında azarkeşlər daha üç qola şahidlik etdi. Əvvəlcə 45+2-ci dəqiqədə Vinisius "Real"ın bərabərlik qolunu vurub. Lakin iki dəqiqə sonrapolşalı hücumçu Robert Levandovski yenidən "Barselona"nı hesabda öndə çıxarıb. 45+6-cə dəqiqədə isə "Kral klubu" yenidən hesabı bərabərləşdirib.Qonsalo Qarsiyabərabərlik qolunun müəllifi olub. Matçın taleyini 73-cü dəqiqədə "Barselona"nın futbolçusu Rafinyanın vurduğu qol həll edib.

Qeyd edək ki, "Barselona" yarımfinalda "Atletik" (Bilbao) klubuna(5:0), "Real" isə Madrid "Atketiko"suna (2:1) qalib gəlib.


4361 oxunub

InvestAZ