XƏBƏR LENTİ
11 Mart 2026
10 Mart 2026
09 Mart 2026
08 Mart 2026
07 Mart 2026
06 Mart 2026
05 Mart 2026
04 Mart 2026



İspaniya Superkubokunun finalında "El Klasiko" olacaq
İdman 10:18 / 09.01.2026

Futbol üzrə İspaniya Superkubokunda finalçıların adına aydınlıq gəlib.

Olimpnews.az xəbər verir ki, yarımfinalın digər oyununda Madrid "Real"ı "Atletiko"nu məğlub edib. Səudiyyə Ərəbistanında keçirilən oyun "Kral klubu"nun 1:2 hesablı qələbəsi ilə yekunlaşıb. Xabi Alonsonun komandasında qələbə qollarının müəllifiFederiko Valverde (2) və Rodriqo (55) olub. "Atletiko"un heyətində isə Aleksandr Sörlot 59-cu dəqiqədə yeganə təsəlli qolunu vurub. Beləliklə, yanvarın 11-də keçiriləcək İspaniya Superkubokunun finalında azarkşelər "El Klasiko" izləyəcəklər. Xatırladaq ki, turnirin ilk finalçısı olan "Barselona" yarımfinalda Bilbao "Atletik"ini5:0 hesabı ilə məğlub edib.


5633 oxunub

InvestAZ