XƏBƏR LENTİ
11 Mart 2026
10 Mart 2026
09 Mart 2026
08 Mart 2026
07 Mart 2026
06 Mart 2026
05 Mart 2026
04 Mart 2026



Federasiya rəsmisi Beynəlxalq Həndbol Federasiyasının 40-cı konqresində iştirak edəcək   
İdman 13:32 / 19.12.2025

Dekabrın 20-21-də Misirin Qahirə şəhərində Beynəlxalq Həndbol Federasiyasının (IHF) 40-cı konqresi keçiriləcək.

Tədbirdə ölkəmizi Azərbaycan Həndbol Federasiyasının (AHF) vitse-prezidenti Orxan Abbasov təmsil edəcək.

Konqresin gündəliyində duran əsas məsələlərdən biri IHF-də müvafiq yerlərə seçkilərin təşkili olunmasıdır. Bununla yanaşı, qlobal həndbolun inkişaf strategiyası, maliyyə məsələləri, eləcə də qayda və reqlamentlərə dair mühüm qərarlar da müzakirə ediləcək.


5172 oxunub

InvestAZ