XƏBƏR LENTİ
11 Mart 2026
10 Mart 2026
09 Mart 2026
08 Mart 2026
07 Mart 2026
06 Mart 2026
05 Mart 2026
04 Mart 2026



Sükan arxasında ən çox danışan pilotların siyahısı açıqlanıb - FOTO
İdman 18:56 / 18.12.2025
Sosial mediada Formula 1 pilotlarının 2025-ci il mövsümündə radio zənglərinə sərf etdiyi dəqiqələrin sayını göstərən infoqrafika yayılıb. 
Olimpiyadunyasi.com xəbər verir ki, siyahıya "Williams" komandasının ispaniyalı pilotu Karlos Saynz liderlik edib. O radio zənglərinə 569 dəqiqə (9,48 saat) ilə vaxt sərf edib. "Alpine" komandasının pilotu Pyer Qasli 383 dəqiqə ilə ikinci yerdədir. Üçüncü yerdə "Kick-Sauber" komandasından Qabriel Bortoleto (375) qərarlaşıb. Yeddiqat Formula 1 çempionu Luis Hemilton ("Ferrari") radioda 322 dəqiqə, komanda yoldaşı Şarl Lekler isə 265 dəqiqə danışıb.
Mövsümün qalib çempionu Lando Norris ("McLaren") 302 dəqiqə, Maks Verstappen ("Red Bull") isə 286 dəqiqə radio əlaqədə olub.

5792 oxunub

InvestAZ