XƏBƏR LENTİ
11 Mart 2026
10 Mart 2026
09 Mart 2026
08 Mart 2026
07 Mart 2026
06 Mart 2026
05 Mart 2026
04 Mart 2026



Stolüstü tennisçimiz beynəlxalq toplanışda
İdman 15:39 / 17.12.2025

Xədicə Babazadə Avropa Stolüstü Tennis Birliyinin təşkil etdiyi "ETTU Eurotalents Selection camp” toplanışında iştirak edəcək.

Olimpiyadunyasi.com Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, istedadlı idmançı seçmə komandanın məşqçisi Səbinə Əzizlinin müşaiyəti ilə Xorvatiyaya yola düşüb. Vrsar şəhərində təşkil olunacaq təlim-məşq toplanışında qitənin ən istedadlı stolüstü tennisçiləri təcrübəli mütəxəssislərin rəhbərliyi ilə fiziki, texniki və taktiki hazırlıq keçəcəklər. Beynəlxalq təlim-məşq toplanışına dekabrın 23-də yekun vurulacaq.

Qeyd edək ki, "ETTU Eurotalents Development Camp” layihəyəsi xüsusi istedadı və davamlı nəticələri ilə seçilən yeniyetmə stolüstü tennisçilərin hazırlığını təkmilləşdirmək məqsədi daşıyır.


4905 oxunub

InvestAZ